×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Ətraf mühitin mühafizəsi və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29)” mövzusunda seminar təşkil edilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Azərbaycanın mühüm qlobal konfransa ev sahibliyinin böyük hadisə olduğunu qeyd edib və bununla da ölkəmizin beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirdiyini, dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunun gücləndirdiyini bildirib

“Azərbaycan Hava Yolları” QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət idarəsinin ətraf mühitin mühafizəsi üzrə aparıcı mühəndisi Kamran İbrahimov “Ətraf mühitin mühafizəsi və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29)” mövzusunda geniş təqdimatla çıxış edərək, ətraf mühit anlayışı haqqında geniş məlumat verib, ətraf mühitlə bağlı qlobal narahatlıqları ifadə edib, ölkəmizin ekoloji siyasətinin əsas istiqamətlərini və ekoloji problemlərini bildirib, 2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək COP29 tədbirinin məqsədinə, Azərbaycan üçün əhəmiyyətinə və baxılacaq məsələlərə toxunub.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR