A

UNEC-in Biznes və menecment fakültəsində Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş departamentinin müdiri Saleh Həsənovun iştirakı ilə “Korrupsiyaya qarşı mübarizədə elektron xidmətlərin rolu” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov korrupsiyaya qarşı mübarizə sahəsində ölkə rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sistemli və məqsədyönlü tədbirlər barədə danışıb. O, eyni zamanda UNEC-də bu istiqamətdə görülən işlər, tələbələr arasında hüquqi maarifləndirmə tədbirləri və şəffaflığın artırılması məqsədilə tətbiq olunan innovativ mexanizmlər haqqında iştirakçılara məlumat verib.

Sonra Saleh Həsənov çıxış edərək, respublikamızda korrupsiyaya qarşı mübarizədə elektron xidmətlərin tətbiqinin əhəmiyyətini vurğulayıb. O, bu xidmətlərin vətəndaş-məmur təmaslarını minimuma endirdiyini, operativliyin və şəffaflığın artırılmasına xidmət etdiyini qeyd edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR