A

UNEC Kitabxana-İnformasiya Mərkəzinə aprel-iyun ayları ərzində 362 nüsxə müxtəlif növ nəşrlər daxil olub.

Bunlardan Azərbaycan, türk, rus, ingilis dillərində 313 nüsxə kitab, 8 dissertasiya, 34 avtoreferat, 7 nüsxəsi isə jurnaldır. Kitablar arasında iqtisadiyyat, biznes, peşəkar mühasiblər üçün etika məcəlləsi, maliyyə, tərsimi həndəsə, dissertasiyaların yazılma qaydası, sosial iş, uğur qazanmaq üçün tövsiyələr, fəlsəfə, görkəmli Şuşa bəyləri haqqında, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma, karyera planlaması, noonomika, keyfiyyətin idarə edilməsi və nəzarəti, qida mikrobiologiyası, hidrologiya, kristalloqrafiya, reklam işi, qeyri-səlis məntiq kimi mövzular yer alıb.

Nəşrlər təhsilalanlar, elmi tədqiqatçılar, iqtisadiyyat, maliyyə, sosial işlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabları UNEC-in kitabxanalarından əldə etmək olar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay