×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-9431579291dfb299d64801a524c3a316.php


A

UNEC-in elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər çərçivəsində  növbəti hesabat tədbiri Maliyyə və mühasibat fakültəsində keçirilib.

Tədbirdə Elm və innovasiyalar üzrə prorektor, professor  Sakit Yaqubov, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov, fakültə dekanı, dekan müavinləri, fakültə nəzdində fəaliyyət göstərən kafedraların müdirləri, professor-müəllim heyəti və doktorantlar iştirak etmişdir.

Professor Sakit Yaqubov UNEC-in elmi tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən, bu sahədə universitetin bütün fakültə və kafedralarının qarşısında duran vəzifələrdən danışıb. S.Yaqubov qeyd edib ki, elmi fəaliyyət haqqında hesabatların məqsədi UNEC-in elmi-tədqiqat universitetinə çevrilməsi istiqamətindəki mövcud vəziyyətini öyrənmək və gələcək tədqiqatları “UNEC-100 İnkişaf Strategiyası”na uyğun qurmaqdır.

Fakültə dekanı, dosent Gəray Musayev fakültənin elmi-təşkilati strukturu, kadrların elmi potensialı, professor-müəllim heyətinin elmi nəşrləri və elmi tədbirlərdə iştirakı, elmi-tədqiqat işlərinin səmərəliliyi barədə hesabat vermişdir. G.Musayev fakültə üzrə 2019-cu ildə 1 monoqrafiya, 2 dərslik, 1 dərs vəsaiti, 12 proqram və metodik göstərişin, 190 elmi məqalənin çap olunduğunu diqqətə çatdırıb. Bildirib ki, 138 məqalə respublikada, 38-i isə xaricdə nəşr olunub. Onlardan 27-si isə impact faktorlu jurnallarda dərc edilib.

Maliyyə və mühasibat fakültəsinin nəzdində olan “Maliyyə və maliyyə institutları”, “Mühasibat uçotu və audit”, “Statistika və ekonometrika”, “Nəzəri və praktiki iqtisadiyyat”” və “Xarici dillər” kafedralarının müdirləri illik elmi fəaliyyətləri haqqında - innovasiya fəaliyyəti, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi fəaliyyət nəticələrinin tədris prosesində və istehsalatda tətbiqi, qrant əsasında yerinə yetirilən elmi-tədqiqat işləri barədə hesabatlarla çıxış ediblər.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov isə UNEC-də həyata keçirilən elmi fəaliyyət və yeniliklər barədə hesabatla çıxış edib. Dünyanın nüfuzlu elmi təşkilatları ilə qurulan əlaqələrdən, reallaşdırılan layihələrdən danışan Z.Məmmədov bildirib ki, məhz bu əməkdaşlıq UNEC-in, alimlərimizin beynəlxalq arenada tanınmasına, universitetin reytinqinin yüksəlməsində xüsusi əhəmiyyətə malikdir.

TOP XƏBƏRLƏR