A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” çərçivəsində Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə Tələbə və gənc tədqiqatçıların Beynəlxalq elmi-praktiki konfransı keçirilib.

“Müasir dünya və regional çağırışlar kontekstində iqtisadi inkişaf problemləri” mövzusuna həsr olunan konfransda UNEC-lə yanaşı, Belqorod Dövlət Milli Tədqiqat Universiteti, Kazan Federal Universiteti, Həştərxan Dövlət Universiteti, Ukraynanın Çerkas Milli Universiteti, Xarkov Milli Universiteti, Belorusiyanın Poless Dövlət Universiteti və Moldovanın İqtisadi Araşdırmalar Milli İnstitutunun tələbə və doktorantları da iştirak ediblər.

Konfransda gənc tədqiqatçılar rəqəmsal cəmiyyətdə iqtisadi təhlükəsizliyin təmin edilməsinin müasir problemləri, Azərbaycanda rəqəmsal iqtisadiyyatın insan kapitalının inkişafına təsiri, qadın liderliyi, Qarabağda iqtisadi canlanmanın əsas istiqamətləri, pandemiya dövründə elektron ticarətin inkişafı,  əmək bazarının mövcud problemləri və digər aktual mövzularda maraqlı təqdimatlarla çıxış ediblər.

Çıxışlardan sonra konfrans iştirakçıları tərəfindən məruzəçilərə verilən suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR