UNEC-də “Elm günləri” çərçivəsində Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyası ilə birgə onlayn dəyirmi masa keçirilib.
Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrası ilə birgə keçirilən tədbirdə DQXTA-nın prorektoru, Maliyyə və Davamlı İnkişaf İnstitutunun direktoru prof. Andrey Marqolin iki məruzə ilə çıxış edib. Rusiyalı professor iştirakçılara iqtisadiyyatın davamlı və təhlükəsiz inkişafının strateji prioritetlərini açıqlayıb. Həmçinin RF Prezidenti yanında Dövlət Qulluğu və Xalq Təsərrüfatı Akademiyasında elmi adların verilməsi modeli barədə ətraflı məlumat verib.
Maraqla qarşılanan hər iki məruzədən sonra prof. A.Marqolin professor-müəllim heyətinin suallarını cavablandırıb.