Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.
Müsabiqə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in reallaşdırılmasına UNEC alimlərinin töhfəsini stimullaşdırmaq məqsədilə təşkil olunub.
Müsabiqədə AR vergi orqanlarından VÖEN almış, yalnız UNEC-də çalışan əməkdaşlar, doktorantlar, magistrlər, həmçinin müsabiqəyə ərizə layihəsinin hazırlanması mərhələsində onların arasından formalaşdırılan müvəqqəti elmi kollektivlərinin nümayəndələri iştirak edə bilərlər.
Layihə təklifləri UNEC-də aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı baxımından “Müsabiqə əsasında universitetin vəsaitlərindən elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi sistemi haqqında” Əsasnaməyə əlavə edilmiş formalara uyğun olaraq təqdim olunmalıdır. Əlavələrdə layihənin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumat verilməlidir.
Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı tələblərə cavab verməlidir:
I. Layihələr aşağıdakı istiqamətlərə uyğun olmalıdır:
- Azərbaycanda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı;
- Azərbaycanın aqrar sektorunda Blokçeyn texnologiyasının tətbiqi və istifadə edilməsi;
- Azərbaycanda "yaşıl" iqtisadiyyatın formalaşdırılması;
- Elm tutumlu məhsul istehsalı: Universitet-Dövlət-Sənaye əlaqələrinin inkişaf mexanizmi;
- İşğaldan azad olunmuş ərazilərin resurs potensialı və bu potensialın ölkənin iqtisadi dövriyyəsinə cəlb olunması;
- Zəngəzur dəhlizinin geoiqtisadi təsirləri;
- “Ağıllı kənd” və “Ağıllı şəhər”: idarəetmə modeli;
- Qarabağ Universiteti modeli;
- Kompozit sistemlər əsasında praktiki tətbiq imkanlı funksional materialların yaradılması.
II. Layihənin dəyəri maksimum 30(otuz) min manatadək və icra müddəti 6 aya qədərdir;
- layihədə təklif olunan işlər hər hansı qrant və digər mənbələrdən maliyyələşdirilən layihələrin predmeti olmamalıdır;
- Hər bir iddiaçı müsabiqədə yalnız bir ərizənin iştirakçısı ola bilər;
- bütün layihələr, bir qayda olaraq 2 nüsxədə, Azərbaycan dilində, elektron formada (PDF formatda) təqdim edilməlidir;
- müsabiqənin nəticələri elan olunan tarixdən iki ay sonra açıqlanacaqdır;
- iştirak etməkdə marağı olanlar ərizə və layihə təkliflərini (sifarişlərini) əlavələr formasında qrant müsabiqəsi elan olunan tarixdən bir ay müddətində (2 iyuladək) saat 18.00-dan gec olmayaraq, elektron formada (pdf formatda) This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron-poçt ünvanına göndərməlidir.
III. UNEC daxili qrantını almaq məqsədilə müsabiqədə iştirak üçün ƏRİZƏ ilə müraciət olunur. Ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır:
- layihənin məqsədi, qarşıya qoyulan məsələləri, aktuallığının əsaslandırılması;
- layihənin annotasiyası;
- layihənin məzmununu tam əks etdirən açar sözlər;
- layihənin elmi istiqaməti və qarşıya qoyulan problem üzrə qısa icmal;
- layihənin elmi ideyası;
- layihədən gözlənilən nəticələr, onların elmi və təcrübi əhəmiyyəti.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- layihə üzrə tədqiqatın detallı təqvim planı;
- iddiaçılar haqqında ətraflı məlumat;
- qrant layihəsi üzrə xərclərin əsaslandırılmış smetası.
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6.Tel.: 492-59-98