Nüfuzlu elmi nəşr platformalarının metrik təhlil metodologiyalarından biri də tədqiqatçıların həmmüəlliflik, H-index, istinad, elmi əsər sayına görə göstəricilərinin analiz olunmasıdır.
Bununla yanaşı, dünya reytinqlərində qiymətləndirmə metodologiyasında 5 əsas indikatorlardan ikisi müəlliflərin istinadları və H-indeks göstəriciləridir.
UNEC kafedralarında fəaliyyət göstərən professor-müəllim heyətinin bu göstəricilər üzrə təhlili baza verilənlərinə əsasən aşağıdakı şəkildədir:
Elmi əsər sayı
1.Mühəndislik və tətbiqi elmlər - 39 %
2.Riyaziyyat və statistika - 10%
3.İqtisadiyyat və işlətmə - 9%
İstinad sayı
1.Mühəndislik və tətbiqi elmlər - 42%
2.Beynəlxalq iqtisadiyyat və biznes - 10%
3.İqtisadiyyat və Riyaziyyat və statistika - 10%
H-index
1.Mühəndislik və tətbiqi elmlər -30%
2.Riyaziyyat və statistika - 12%
3.İqtisadiyyat və işlətmə - 10%
Həmmüəlliflik göstəricisi
1.Mühəndislik və tətbiqi elmlər - 38%
2.Rəqəmsal texnologiyalar və tətbiqi informatika - 9%
3.Tətbiqi iqtisadiyyat - 8%
Scopus bazasındakı elmi əsər müəlliflərinin 42%-ini ixtisası iqtisadiyyat olan müəllimlər təşkil edir. Scopus bazası üzrə verilənlərə əsasən, iqtisadiyyat elmi istiqaməti üzrə bu göstəricilərin təhlili göstərir ki, elmi əsər sayının 31%-i, istinad sayının 34%-i, h-index 37%-i, həmmüəllifliyin 42%-i bu hissənin payına düşür.
2023-cü il tarixinin verilənlərinə əsasən, UNEC-in Scopus elmi nəşr platformasında müəllif profillərinin sayı 228-dən 236-ya yüksəlib. Qeyd etməliyik ki, Scopus müəllif profili tədqiqatçının bu bazada indekslənən jurnallarda elmi əsərləri dərc olunanda Elsevier şirkəti tərəfindən avtomatik olaraq yaradılır. UNEC struktur bölmələrindən Mühəndislik və tətbiqi elmlər 21%-lə, Tətbiqi iqtisadiyyat 11%-lə, İqtisadiyyat və işlətmə 9%-lə bu göstərici üzrə ilk üçlükdə qərarlaşıb.
Yuxarıda qeyd olunan təhlil Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Elmmetrika şöbəsi tərəfindən UNEC professor-müəllim heyətinin Scopus bazasındakı müəllif profillərinin verilənləri əsasında aparılıb.