A

UNEC-im Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş, tələbələrarası şahmat turniri keçirilib.

Turnirdə 24 tələbə qələbə uğrunda gərgin və maraqlı mübarizə aparıb.

Sonda Biznes və Menecment fakültəsinin IV kurs tələbəsi Əhməd İlyas qələbə qazanıb.

Rus İqtisad Məktəbinin II kurs tələbəsi Ayxan Kərimli II yerin, Maliyyə və Mühasibat fakültəsinin III kurs tələbəsi Kənan Rəhmanov isə III yerin sahibi olublar.

Sonda turnirin qaliblərinə medal və diplom təqdim olunub.

TOP XƏBƏRLƏR