UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və UNEC Şahmat klubunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
32 nəfər tələbə arasında qalibiyyət uğrunda keçirilən mübarizənin nəticəsində ilk üç yerin sahibi müəyyənləşib. I yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Fərid Əliyev, II yeri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Fərid Əkbərov, III yeri isə Biznes və menecment fakültəsinin tələbəsi İsmayıl Ağayev qazanıblar.
Qaliblər THİK-in sədri İlkan Əliyev tərəfindən medal, fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qalibləri təbrik edirik!