A

UNEC Karyera mərkəzinin və "Mega Həyat Sığorta" ASC-nin birgə təşkilatçılığı ilə sığorta işinin təşkili mövzusunda təlim keçirilib.

Təlimdə “Mega Həyat Sığorta" ASC-nin əməkdaşları sığorta işinin təşkili və normativ-hüquqi baza, sığorta hüququnun əsas elementləri, sığorta və maliyyə sektorları, sığorta riskləri və tarifləri, sığorta fəaliyyətinin iqtisadiyyatı, sığortanın növləri, sığorta hadisələrinin tənzimlənməsi barədə tələbələrə məlumat veriblər.

Sual-cavab infosessiyasından sonra şirkətin əməkdaşları ekspress-test keçiriblər. Testlərin nəticələrinə görə ən yüksək bal toplayan UNEC SABAH, Beynəlxalq İqtisad Məktəbi (ISE), Maliyyə və mühasibat fakültəsinin fərqlənən tələbələrinə hədiyyələr təqdim olunub.

Daşınmaz əmlakın icbari sığortası və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası barədə növbəti təlim 20 aprel tarixində baş tutacaq. Yekun nəticələrə görə fərqlənənlərə sertifikatların verilməsi və şirkətdə təcrübə proqramlarına cəlb olunması nəzərdə tutulub.

TOP XƏBƏRLƏR