UNEC-in Biznes və Menecment fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, İNNAB Karyera Mərkəzinin təşəbbüsü ilə “Peşələrin mümkün dəyişimi - Gələcəyin mühasibi necə olmalıdır?” adlı təlim keçirilib.
Təlimdə İNNAB Karyera mərkəzinin rəhbəri Vüsalə Hüseynova tələbələrə mərkəzin fəaliyyəti barədə məlumat verib. Sonra mərkəzin mütəxəssisi Nizami Qarayev “Mühasibatlıq” peşəsinin mahiyyəti, karyera imkanları və gələcək perspektivləri barədə danışıb.
Sonda tədbirdə yüksək aktivlik göstərmiş tələbələr təşkilat tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.