A

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələri Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində təltif olunublar.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı ilə 3 gün davam edən sərgidə 100-ə yaxın yerli şirkətin məhsulları nümayiş olunub. Sərgi “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kapital Bank da dəstək göstərib.

Keçirilən sərgidə yerli istehsalçılarımızın son illərdə əldə etdikləri nailiyyətlər, inkişaf istiqamətləri və perspektivləri barədə geniş məlumat verilib. Sərginin əsas missiyası ölkədə istehsal potensialının artırılması, yerli məhsulların geniş kütləyə tanıdılması, ixracyönümlü sahələrin inkişaf etdirilməsidir.

I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisinin son günündə UNEC-in THİK könüllüləri təltif olunublar. Könüllü işinin vacib olduğunu qeyd edərək, onlara sertifikatları təqdim ediblər.

TOP XƏBƏRLƏR