UNEC-in Biznes və Menecment fakültəsinin tələbəsi Rəşad Ağazadənin iştirak etdiyi “Ekonəfəs” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəbəkələşmə görüşünün qalibi olub.
Yarış iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırladıqları layihələri komanda şəklində ekspertlərə təqdim ediblər. UNEC tələbəsinin təmsil olunduğu "Ekonəfəs" komandası 8 komanda arasında I yeri qazanaraq, 3000 manat dəyərində mükafat əldə edib.
“Ekologiyaya nəfəs ol!” şüarı altında keçirilən layihənin məqsədi gənclərdə ekoloji savadlılığın artırılmasıdır.