Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi tərəfindən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində fakültə dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Qəbələ rayonuna səfər ediblər.
Ekskursiya zamanı tələbələr “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi və rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti, eləcə də Nohur gölü ilə tanış olub, istirahət edib, səmimi söhbətlər aparıb, əylənib və xatirə şəkilləri çəkdiriblər.