UNEC-in Biznes və menecment fakültəsində "İcbari tibbi sığorta və sağlam həyat tərzi" mövzusunda maarifləndirici təlim keçirilib.
UNEC-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Fuad Bayramov tərəfindən icbari tibbi sığorta və sağlam həyat tərzi mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin əməkdaşı müəllim və tələbələrə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. barədə məlumat vermiş, həmçinin düzgün qidalanma, fiziki fəaliyyət, streslə mübarizə və psixoloji sağlamlığın əhəmiyyətindən söz açıb.
Sonda, sağlam həyat tərzinə nail olmaq üçün iştirakçılara praktik məsləhətlər verilib