UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri Azərkosmosa ekskursiya təşkil ediblər.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbələri Bakı-Şamaxı-Yevlax avtomobil yolu üzərində yerləşən, Azərkosmos-un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiya ediblər.
Tələbələr, peyklərimiz vasitəsilə həyata keçirilən telekommunikasiya və Yerin müşahidəsi xidmətləri haqqında məlumatlar alaraq, kosmik fəaliyyət sahəsində qabaqcıl texnoloji həllər yaratmaq və davamlı inkişaf etmək barədə maarifləniblər. Tələbələrə Azərkosmosda təcrübə və karyera imkanları haqqında məlumat verilib.