A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 02 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində Hesablama Palatasında Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün infotur təşkil olunub.

İnformasiya turunda tələbələrə Hesablama Palatası haqqında ətraflı məlumat verilərək, onun yaradılması, strukturu və fəaliyyəti haqqında təqdimat keçirilib.

Daha sonra Hesablama Palatasının “Səmərəlilik auditi” şöbəsinin müdir müavini Sənan Ağakişiyev “Səmərəlilik (performans) auditi” mövzusunda geniş təqdimatla çıxış edərək səmərəlilik auditi üzrə əsas məsələlər barədə ətraflı məlumat verib, səmərəlilik auditi mövzusunun seçilməsi, auditin planlaşdırılması və icrası, onun nəticələrinin rəsmiləşdirilməsi və monitorinq-izləmənin aparılması qaydasını izah edib.

Tədbirin sonunda Hesablama Palatasının əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

TOP XƏBƏRLƏR