A

Hal-hazırda dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri  bəşəriyyətin  üzərində  dolaşan iqlim dəyişikliyi kimi təhlükəni aradan qaldırmaq yollarının axtarılmasıdır. Atmosfer qatında artan ozonun miqdarı, təbii fəlakətlər, müharibələr, planetdə hava şəraitinin anormal hala gəlməsi insanların həyatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərməkdədir. Eyni zamanda təbii resursların vəziyyəti və dövlətlərin dayanıqlı inkişafı da sual altında qalmaqdadır.

COP (Conference of the Parties), BMT tərəfindən hər il keçirilən beynəlxalq bir iqlim toplantısıdır. 1995-ci il mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmışdır. Bu beynəlxalq müqaviləyə qoşulmuş ölkələr yəni ''tərəf''lər ''iqlim sisteminə təhlükəli antropogen müdaxilənin'' qarşısını almaq üçün könüllüdürlər. Kimyəvi silahlardan tutmuş səhralaşma ilə mübarizəyə qədər müxtəlif beynəlxalq müqavilələr üçün hər növ COP mövcuddur. 1992-ci ilin iyun ayında imzalanmış razılığa əsasən o vaxtdan bəri ölkələr növbə ilə hər il keçirilən bu toplantıya ev sahibliyi edir, burada hökümət nümayəndələri tərəqqi haqqında hesabat verir, aralıq məqsədlər qoyur, qlobal fayda gətirən elmi və texnoloji nailiyyətlər bölüşmək üçün sazişlər bağlayır. Toplantının əsas missiyalarından biri də ondan ibarətdir ki, konvensiyadan gələn tələblərin və tövsiyələrin icrasına nəzarət edilsin. Tələblərə isə hazırda aktual məsələlərdən olan qlobal istiləşmənin sürətli gedişatını səngitmək, səhralaşmaya məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaqdır. Bununla yanaşı təxminən 2050-ci ilə kimi ''0'' emissiyaya nail olmaq planlanmış tələblərə aiddir.

Respublikamız iqlim dəyişikliyi ilə mübarizə istiqamətində önəmli addımlar atmaqla beynəlxalq arenanın diqqət mərkəzindədir. Həmçinin, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı güclü siyasətin nəticəsində COP-un 29-cu sessiyasının ölkəmizdə keçirilməsini dövlətimiz üçün çox böyük etimad və uğur kimi qiymətləndirməliyik. Belə ki, bu hadisəni Təhlükəsizlik Şurasına üzvlüyümüz və Qoşulmama Hərəkatına sədrliyimizdən sonra xarici siyasətimiz üçün ən böyük uğur hesab etmək olar.  Müyyən edilmiş qərarın nəticəsi olaraq COP-un 29-cu sessiyası COP29 adlandırılaraq noyabr ayının 11-dən 22-dək Bakı şəhərində keçiriləcəkdir. COP29 Azərbaycan tarixində baş tutacaq ən böyük tədbir hesab olunur. Belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək Azərbaycana yerli, regional və beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə böyük mənfəətlər qazandıracaq.

Azərbaycanın əsas üstünlüklərindən biri kimi qiymətləndirilən bir məsələ də odur ki, COP29 bizə həvalə edilməmişdən əvvəl Azərbaycan ekoloji problemlərlə ciddi məşğul olmuş, iqlim dəyişikliyinin fəsadlarını azaltmaq yönündə tədbirlər görmüş, daim bu istiqamətdə çalışmışdır. Əvvəlki illərə nisbətən Bakıya nəzər yetirdikdə yaşıl ərazilərin genişləndiyini, fərqi görə bilirik.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbəələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.  Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasının  işğaldan azad edilmiş ərazilərindəki torpaqlarını ''Yaşıl Enerji'' zonası elan etmişdir. 2050-ci ilədək bu bölgələrin ''Netto sıfır emissiya'' zonasına çevrilməsi planlaşdırılır.

İnanırıq ki, bu tədbir dünya arenasında möhtəşəm uğurumuzun davamı olacaq. Nəticə etibarilə, COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün qaçınılmaz və möhtəşəm fürsətdir. Bu yeniliklərin milli strategiyalara inteqrasiyası Azərbaycan Respublikasını davamlı təcrübələrə qlobal keçiddə qabaqcıl ölkə kimi yerləşdirir. Cop 29 Azərbaycanın daha təmiz, daha yaşıl və dayanıqlı iqtisadiyyata doğru irəliləməsinə dəstəkdir.

                                UNEC-in Biznes və Menecment” fakültəsinin tələbəsi

Şenay Babazadə

TOP XƏBƏRLƏR