A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisası, 420 saylı qrupun III kurs tələbəsi Rəvan Niftalıyev ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər festivalı – 2” adlı idman yarışlarının qalibi olub.

Tələbəmiz badminton üzrə yarışda qalib gələrək, I yeri qazanıb.

Qeyd edək ki, “Zəfər festivalı – 2” adlı idman yarışları Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti (ATU), Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilib.

TOP XƏBƏRLƏR