A

Dünya Badminton Federasiyası tərəfindən İspaniyanın Vitoriya şəhərində təşkil edilən “BWF National Level 1 Classifier Workshop” kursunda iştirak etmiş Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin “Mühasibat” ixtisası üzrə təhsilin IV ili, 420 saylı qrup tələbəsi Niftalıyev Rəvan Surxay oğlu sertifikata layiq görülüb.

Məlumat üçün bildirək ki, sertifikat beynəlxalq səviyyədə para badminton üzrə məşqçi kimi çalışmağa imkan verir.

Tələbəmizi təbrik edirik və daha böyük uğurlar arzu edirik!

TOP XƏBƏRLƏR