UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin kollektivi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid olmuş məzun və tələbələrinin analarını ziyarət edib.
Fakültə əməkdaşları şəhid məzunlarımızın analarına baş çəkərək, onları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
UNEC kollektivi ailə dəyərlərimizin yaşadılmasında, gənc nəslin Vətənə, torpağa məhəbbət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının əvəzsiz rolundan danışıblar. Qəhrəman analarımızın yetişdirdikləri övladların, mərd oğullarımızın rəşadəti sayəsində xalqımızın Zəfər tarixini yazdığını vurğulayıblar.