Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Planlaşdırılması və İnkişafı kafedrası tərəfindən tədris olunan "Yumşaq Bacarıqlar" fənni çərçivəsində tələbələrin peşəkar əlaqələr qurmaq bacarıqlarının inkişafı məqsədilə seminar keçirilib.
Tədbirin qonağı UNEC məzunu, hazırda "Dadashsoy Business School"un icraçı direktoru Zəka Əhməd olub. Zəka Əhməd tələbələrlə görüşdə öz karyera yolu, qarşılaşdığı çətinliklər və qazandığı təcrübələr barədə ətraflı məlumat verib. O, şəbəkələşmənin peşəkar inkişafda rolu və effektiv həm də səmərəli əlaqələr qurmağın yolları haqqında tələbələrlə öz praktiki biliklərini bölüşüb.
Görüş zamanı tələbələr, Zəka Əhmədə karyera inkişafı, peşəkar əlaqələrin genişləndirilməsi və şəxsi inkişaf istiqamətində maraqlı suallar ünvanlayıb, faydalı məsləhətlər əldə ediblər.