Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Holberton School-un Azərbaycan filialında olublar.
“Holberton School Azerbaijan"nın direktoru Şəmsi Bayramzadənin dəvəti ilə təşkil olunan səfər zamanı UNEC tələbələri təhsil yanaşması, qəbul prosesi və məzunların əldə etdiyi karyera imkanları haqqında ətraflı məlumat alıblar. Eyni zamanda praktiki vorkşop vasitəsilə proqramlaşdırma ilə bağlı real tapşırıq üzərində işləyiblər.
Qeyd edək ki, Silikon Vadisində qurulan Holberton School proqramlaşdırma sahəsində layihə əsaslı və peer-learning modelinə əsaslanan təhsil təqdim edir. Hazırda 35-dən çox kampusu ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Holberton School-un fəaliyyətinin əsas məqsədi tələbələri real iş mühitinə uyğun şəkildə hazırlamaqdır.