Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri Əhmədov İsa və Cəfərov Nihad möhtəşəm uğura imza ataraq Odlar Yurdu Universitetinin 30 illik yubileyinə həsr olunmuş “FireLand – Innovate the Future with AI” hackathonunda 1-ci yerə layiq görülüblər.
Ümumilikdə 60 komanda arasından seçilən 20 finalçının iştirak etdiyi hakatonda UNEC komandasının təqdim etdiyi innovativ həll münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və yarışmanın qalibi seçilib. Tələbələrin layihəsi yaradıcı yanaşması, praktiki tətbiq imkanları və güclü texnoloji əsaslandırması ilə digər iştirakçılar arasında xüsusi fərqlənib.
Odlar Yurdu Universiteti tərəfindən təşkil olunan müsabiqə ölkə üzrə universitetlər arasında keçirilən ən böyük innovasiya yönümlü hackathonlardan biri kimi xüsusi maraqla qarşılanıb.