A

Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) korporativ sektorla əməkdaşlıq çərçivəsində növbəti görüş keçirilib.

ISE-nin “NextGen Innovators” tələbə klubu tərəfindən təşkil olunan tədbirin qonağı SOCAR-ın İqtisadi siyasət şöbəsinin rəisi Həşim Bakuvi olub.

O, tələbələr üçün “Unlocking Human Potential: Understanding Innovation” mövzusunda interaktiv təqdimat keçirib. Təqdimatda böyük şirkətlərdə innovasiyanın necə təşviq edildiyi, innovasiya laboratoriyalarının yaradılması, daxili sahibkarlığın dəstəklənməsi və eksperimentlərə açıq mühitin formalaşdırılması kimi vacib mövzular tələbələrə aydın və praktik nümunələrlə izah olunub. Həşim Bakuvi, həmçinin startapların böyük şirkətlərin inkişafında oynadığı rola toxunaraq, gənclərin innovativ ideyalar, çeviklik və texnoloji yanaşmalar vasitəsilə bu prosesə verdiyi töhfələri xüsusi vurğulayıb.

Tələbələrin böyük maraqla iştirak etdikləri görüşdə onların sualları cavablandırılıb, eləcə də real iş mühitinə dair faydalı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay