×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) “Təcrübə danışır-Rəqəmsal dünya” mövzusunda tədbir keçirilib.

Özəl və dövlət sektorunun təcrübəli mütəxəssisləri ilə tələbələrin bir araya gəldiyi və praktika ilə nəzəriyyənin birləşdiyi “Təcrübə Danışır” platformasının əsas məqsədi tələbələrin universitet həyatında öyrəndikləri akademik və nəzəri bilikləri real praktikaya ötürməkdir.

TUDİFAK TEC təşkilatçılığı ilə keçirilən tədbirdə “PashaBank”, “Code Academy”, “Benish Group”, “Access Bank”, “PreMark” kimi şirkətlərin aparıcı mütəxxəssisləri "Banklarda online satış", "Ağıllı düşünmə tərzi", "Rəqəmsal marketinqdə mikro anlar", "Uğurlu təqdimat bacarığı", "İstehlakçı davranışlarının təkamülü" mövzularında çıxış ediblər.

Tədbirdə UNEC-lə birlikdə digər ali təhsil müəssilərinin tələbələri də iştirak ediblər. Sonda tədbir iştirakçılarına sertifikat və sponsorlar tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR