UNEC Maliyyə və mühasibat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qətiyyətli lider, müzəffər ordu, yenilməz xalq” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Maliyyə və mühasibat fakültəsinin tələbələri Banuçiçək Süleymanova, Elgün Abdullayev və Günəş Hacıyeva “30 illik işğal” , “Dəmir yumruq” , “Qələbənin iqtisadi əhəmiyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrdən bəhs olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin şanlı qələbə ilə sona çatdığı, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər ordumuzun işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, torpaqlarımızı 30 illik işğaldan azad etdiyi və böyük zəfərə imza atdığı qeyd olunub.
Tədbirin sonunda tələbələr UNEC THİK tərəfindən sertifikatlarla təltif ediliblər.