Macarıstanın Miscolc Universitetinin professoru Peter Zsolt UNEC-də mühazirə keçib.
Erasmus+ proqramı çərçivəsində UNEC-də olan macarıstanlı professor Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinə Macarıstanda turizm sahəsində aparılan son yeniliklər və turizm imkanları barədə məlumat verib. Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb. Professor görüşün sonunda tələbələrin suallarını cavablandırıb.
Xatırladaq ki, UNEC-lə Miscolc Universiteti arasında birgə elmi təqdiqat işlərinin aparılması və beynəlxalq əməkdaşlıq məqsədilə Erasmus+ tələbə və müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb. Hazırda UNEC-in 1 tələbəsi Erasmus+ mübadilə proqramı çərçivəsində Miscolc Universitetində, ümumilikdə isə 4 tələbəsi təhsilini Macarıstanda davam etdirir.