A

UNEC-də  uğurla tətbiq olunan EDUMAN-Elektron Universitet Modeli 2019/2020-ci tədris ilinin yaz semestrindən etibarən ali məktəbin Zaqatala filialında da reallaşdırılıb.

Filialda bütün müəllim və tələbələr üçün şəxsi kabinetlər açılıb, dərs cədvəlləri, tədris planları, fənn üzrə qruplar, tədris materialları, sərbəst işlərin qəbulu, apelyasiya müraciətləri, imtahan cədvəli və buraxılışları elektronlaşdırılıb.

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi üçün geniş imkanlar yaradan EDUMAN sistemi çərçivəsində UNEC-də hazırda aşağıda göstərilən modullar tətbiq olunur:

- “Eduman” təhsil idarəetmə modulu (eduman.unec.edu.az

- Elektron imtahan  modulu (exam.unec.edu.az)

- Təqaüd modulu (teqaud.unec.edu.az)

- Apelyasiya sistemi (apellyasiya.unec.edu.az)

- “Əlavə təhsil” modulu (yenidenhazirlanma.unec.edu.az)

- “İkinci ali təhsil” modulu (tekraralitehsil.unec.edu.az)

- “Əcnəbilərin qəbulu”  modulu (admission.unec.edu.az) elektron idarəetmə sistemləri

- Tələbə kabineti (kabinet.unec.edu.az

- Müəllim kabineti (muallim.unec.edu.az

- DOCNET-Elektron sənəd dövriyyəsi sistemi

- Elektron təqaüd modulu (teqaud.unec.edu.az)

- “Müəllimlərin reytinqinin qiymətləndirilməsi sistemi” (reytinq.unec.edu.az)

Bu modul və sistemlərin artıq UNEC-in Zaqatala filialında da tətbiq edilməsi elektron dərs cədvəli, fənn kataloqu, akademik təqvim, sərbəst işlərin elektron göndərilməsi və qiymətləndirilməsi, DİM-də tələbə məlumatlarının (hərəkətlilik) daimi inteqrasiyası, elektron jurnal, elektron tədris materialları, hesabatlar, tədris planı, transkript, elanlar və bildirişlər, istifadəçilərin yaradılması, tələbə kabineti, müəllim kabineti, apelyasiya, təqaüdlərin hesablanması və əmrləşdirilməsi, testlərin hazırlanması, imtahan qeydiyyatı, məzunlar bölməsi kimi funksionallıqların icrasını təmin edəcək.

Qeyd edək ki, EDUMAN sistemində 15.04.2019-cu il tarixindən http:/birpencere.unec.edu.az sistemi də işə salınıb. Bu sistem vasitəsilə tələbələr univeristet təhsili müddətində tələb olunan bütün arayış (akademik transkript, təhsil alma haqqında arayış və s.) və ərizələri şəxsi kabinetlərindən müraciət edərək əldə edə bilirlər.

Sistemin tətbiqi nəticəsində filialın tədris prosesi ilə əlaqədar bütün məlumatlar birbaşa mərkəzi bazaya ötürüləcək və həmin məlumatların təhlili daha operativ qaydada aparılacaq.

TOP XƏBƏRLƏR