A

Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyi (ENQA) və EQAR-ın tamhüquqlu üzvü olan Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (MARA - IAAR) nümayəndə heyəti UNEC-də olub.

Keyfiyyət təminatı şöbəsinin müdiri Hüseyn Həsənov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Turan Süleymanov və Strateji inkişaf şöbəsinin mütəxəssisi Fəridə İsmayılova ilə görüşən Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (MARA - IAAR) baş direktoru Alina Zhumagulovanın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in beynəlmiləlləşməsi istiqamətində strateji məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilib.

IAAR nümayəndələri tərəfindən isə ali təhsil müəssisələrinin akkreditasiya qaydaları ilə bağlı beynəlxalq standartlar və qurumun iş prinsipi barədə təqdimat olub. IAAR -ın baş direktoru i.f.d. Alina Zhumagulov bildirib ki, IAAR-ın TKTA ilə rəsmi müqaviləsinə əsasən, IAAR tərəfindən ixtisas akkreditasiyasından müvəffəqiyyətlə keçmiş ali təhsil müəssisələrinə təqdim olunan müvafiq sənəd TKTA tərəfindən nəzərə alınır.

Görüşdə müvafiq ixtisasların beynəlxalq akkreditasiyadan keçməsi üçün gərəkli olan ümumi akkreditasiya şərtlərini özündə əks etdirən sənəd və ərizə forması UNEC nümayəndələrinə təqdim olunub. 

 

TOP XƏBƏRLƏR