A

UNEC ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İmzalanmadan öncə UNEC rektoru professor Ədalət Muradov və ARPA İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova arasında mümkün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Sığorta, bank, mühasibatlıq sahəsinə və sertifikasiya imtahanlarına marağın artırılması, bu sahədə təbliğat işlərinin təşkili, eləcə də tələbələrin peşəkar mütəxəssis kimi yetişmələri üçün qarşılıqlı əməkdaşlığın təmin olunmasının vacibliyi vurğulanıb. Həmçinin Mühasiblərin Peşəkar Sertifikasiyasının keçirilməsi istiqamətində ACCA akkreditasiyasına malik olan UNEC ilə "Peşəkar mühasib təşkilatı" kimi akkreditasiyadan keçmiş ARPA-nın birgə əməkdaşlığının əsas hədəflərdən olduğu qeyd edilib.

Sonra tərəflər arasında memorandum imzalanıb. Memorandumda ARPA əməkdaşlarının UNEC-in təklif etdiyi ixtisasartırma, sertifikat və mini ixtisas proqramlarına cəlb olunması, ARPA-nın təcrübə proqramlarında tələbələrin iştirakı və s. nəzərdə tutulub.

TOP XƏBƏRLƏR