A

UNEC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC ilə Əməkdaşlıq haqqında memorandum imzalayıb.

Memorandum UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Tural Kərimli tərəfindən imzalanmışdır.

Beş il müddətinə imzalanmış memorandum elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilməsi, müştərək layihələrin hazırlanması və icra edlməsi, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlığının həyata keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR