A

"Xalq qəzeti"

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) III Ümumi Konfransıçərçivəsində bu qurumun İcraiyyəŞurasının Bakıda keçirilən iclası dünya informasiya məkanının diqqətini yenidən müstəqil Azərbaycan dövlətinin paytaxtına yönəltdi. Bu nüfuzlu beynəlxalq təşkilatın “Postpandemiya dövründəəməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda Bakı toplantısında müzakirə olunan məsələləri şərh etməzdəəvvəl onun fəaliyyəti ilə bağlıönəmli məqamlara toxunmaq istərdim.

Əvvəla, xatırladaq ki, İƏT-in əsası Türkiyə, İran və Pakistanın təşəbbüsü ilə 1985-ci ildə qoyulub. Təşkilat 1964–1979-cu illərdə fəaliyyət göstərən Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamı kimi yaradılıb. Qurumun qarşısına region dövlətlərinin resurslardan tam istifadəni təmin etməklə İƏT-in dünya iqtisadiyya­tında payını artırmaq əsas vəzifə kimi qoyulub. Bu isə, öz növbəsində, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisa­diyyatına inteqrasiya olunmasına müsbət təsir göstərib. İƏT fəaliyyəti dövründə, eyni zamanda, iqtisadiyyatın liberallaşdırılması­na, üzv dövlətlər və digər ölkələr arasında ticarət problemlərinin aradan qaldırılması­na səy göstərib.

Yeri gəlmişkən, 1992- ci ildə Türkiyə, İran və Pakistandan başqa, daha 7 dövlət, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Əfqanıstan bu təşkilata qo­şulub. Adıçəkilən təşkilatın üzv dövlətlərin sayının artması və bununla da daha böyük regionu əhatə etməsi onun vəzifələrini artırıb və daha böyük resursların idarəsi imkanını yaradıb.

Sovet imperiyası dağıldıqdan sonra bir çox postsovet dövləti kimi, Azərbaycanın da İƏT-ə marağı yarandı. Çünki keç­miş SSRİ-nin tərkibində olan dövlətlər beynəlxalq ticarət əlaqələrindən və dəyər zəncirindən kənarda qalmışdı. İƏT bu dövlətlər üçün iqtisadi əlaqələri genişləndirmək imkanını şərtləndirirdi. Ba­zar iqtisadiyyatına keçidin ilk mərhələsində olan Azərbaycan üçün dünya ticarətinə qoşulmaq çətin idi, məhz buna görə də İƏT Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün imkan yaradırdı. Digər tərəfdən, coğrafi mövqe və mədəni yaxın­lıq baxımından da İƏT-ə üzv dövlətlərlə iqtisadi əlaqələrin qurulması əhəmiyyətli idi. Eyni zamanda, təbii resurslarla zəngin olan bir ölkə kimi Azərbaycanın iqtisadi maraqları İƏT-in iqtisadi maraqları ilə üst-üstə düşürdü.

Azərbaycan Respublikası ilə bu təşkilat arasında ilk münasibətlərin yaranması 1991-ci ilin fevralına təsadüf edir. Azərbaycan İƏT-ə bu qurumun təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinin və bu müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarının Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli qərarı ilə ratifikasiya etməsi nəticəsində qoşulub. Artıq 3 onillikdir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və nüfuzlu tərəfdaşıdır.

İƏT-in IX Zirvə görüşü 2006-cı ildə Ba­kıda keçirilib. Bu toplantı təşkilat tarixində vacib görüşlərdən biri kimi mühüm önəm daşıyıb. Belə ki, həmin Zirvə görüşündən sonra qurumda sədrlik Azərbaycana keçib. Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib: “Biz bir neçə beynəlxalq, re­gional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya apararaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik”.

Təşkilat regionun əsas nəqliyyat xətləri olan Şimal – Cənub və Şərq – Qərb dəhlizlərinin inkişaf etdirilməsi ilə bağlı layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Azərbaycan Qəzvin–Rəşt–Astara dəmir yolu layihəsinin iştirakçısı­dır. Azərbaycan üçün İƏT daim etibarlı tərəfdaş olub. Buna görə də ölkəmiz bu əməkdaşlığa hər zaman istər ticarət əlaqələrinin inkişaf etdirilməsi, istər daxili tələbatın ödənilməsi, istərsə də dünya iqtisadiyyatına inteqrasiyanın artırılması baxımından xüsusi əhəmiyyət verib və yüksək qiymətləndirib.

Milli Məclisdə mayın 17-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) “Postpande­miya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olu­nan konfransında da toplantı iştirakçıları tərəfindən yuxarıda vurğulanan məsələlər barədə ətraflı danışılıb. Nümayəndə heyətlərinin rəhbərlərinin çıxışlarında ko­ronavirus pandemiyasının bütün dünyada sosial-iqtisadi, humanitar sahələrdə çox dərin problemlər yaratdığı da öz ifadəsini tapıb və bundan çıxış yolu kimi mövcud çətinliklərin birgə hərəkət etməklə aradan qaldırılmasının mümkünlüyü səsləndirilib. Konfransda, eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğu, ölkəmizin quruma üzv dövlətlərlə münasibətlərinin dostluq və qarşılıqlı hörmətə əsaslandığı, eyni zamanda, sosi­al-iqtisadi sahələrdə önəmli uğurlara imza atdığı barədə də geniş bəhs edilib.

Konfransdakı çıxışlarında üzv dövlətlərin bu toplantının ölkələrin və regi­onun inkişafı, xalqların rifahı baxımından əhəmiyyətli olduğu bildirilib, iqtisadi və so­sial inkişafın davamlı olmasına nail olmaq üçün qarşılıqlı inteqrasiya və əməkdaşlığın inkişafının önəmi də bir daha qeyd edilib.

Arif ŞƏKƏRƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
professor, Əməkdar elm xadimi

TOP XƏBƏRLƏR