Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə “MİNAHACK” hakatonu keçiriləcək.
“8 noyabr- Zəfər Günü" ərəfəsində keçirilən layihənin məqsədi Azərbaycanın işğaldan azad olunan iqtisadi rayonlarında mina təmizləmə işlərinin sürətli aparılmasına innovator, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı fəal icma üzvlərini bir araya gətirərək, ərazilərin minalardan təmizlənməsi üçün texnoloji ideyaların yaranmasıdır.
Hakatonda iştirakla bağlı müraciət edənlər üçün 17-35 yaş həddi müəyyən edilib. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər. Hər komanda kapitan daxil olmaqla, 5 nəfər üzvdən ibarət olmalı, bir komandada fərqli müəssisələrdən maksimum 1 nəfər olmalı və komanda kapitanı komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 56 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar.
“MİNAHACK 2022” Hakatonu üzrə I, II və III, IV, V yerləri tutan komandalar müvafiq olaraq 5000, 3000, 1500, 500, 500 manat məbləğində pul mükafatı və digər hədiyyələrlə mükafatlandırılacaqlar.
Müraciətlər 16 oktyabr 2022-ci il tarixinədək qəbul olunacaq.
Hakatonla bağlı əlavə məlumatın əldə edilməsi üçün aşağıda qeyd olunan əlaqələndirici şəxslərə müraciət oluna bilər.
UNEC Karyera Mərkəzinin direktoru Aytac Rzayeva, baş mütəxəssis Sevinc Məcid.
Tel.: 012-1846 (daxili 1132)
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Yarışmada iştirak etmək üçün qeydiyyat linki: https://forms.gle/wZTsPBYvEDjWB8PY9
Müraciətlər 16 oktyabr 2022-ci il tarixinədək qəbul olunacaq.