Bashak Supply MMC Daxili satınalma üzrə mütəxəssis vakansiyası elan edir. 

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Daxili satınalma sahəsində 4 illik iş təcrübəsi;
  • MS Office proqramında işləməyi bilməli;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək komandada işləmək bacarıqları;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı;
  • 1C proqram biliyi.

Vəzifə öhdəlikləri:

  • Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək;
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək;
  • Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması;
  • Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək;
  • Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi;
  • Şöbə rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.

İş qrafiki:

Həftə içi 5 gün saat 09:00-18:00,

Nahar şirkət tərəfindən verilir,

Korporativ nömrə (korporativ paket),

Əmək haqqı: 1200-1500 Azn

Ünvan: Bakı şəh, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına, mövzu hissəsinə “Daxili satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay