Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Rusiyanın Plexanov Dövlət İqtisad Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.
Mübadilə proqram çərçivəsində UNEC tələbələri 2024/2025-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.
Təhsil pilləsi: bakalavriatura və magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2024/2025-ci tədris ilinin payız semestri
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 81-dən yuxarı olmalı;
- İngilis və ya rus dilini sərbəst bilməli (B2);
Tələb olunan sənədlər:
- Akademik transkript
- Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)
- CV (ingilis dilində)
Son müraciət tarixi: 25 iyun, 2024-cü il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin « Plexanov Dövlət İqtisad Universiteti» yazılması şərtdir.