Sankt-Peterburq Dövlət İqtisad Universiteti tərəfindən 24–25 aprel tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Müasir menecment: problemlər və perspektivlər” mövzusunda XX Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfransın əsas istiqamətləri:

  • Müasir idarəetmədə nəzəri və praktiki çağırışlar
  • Dövlət və korporativ strategiyaların formalaşdırılması
  • Rəqəmsal iqtisadiyyat və rəqəmsal transformasiya
  • Energetika və sənaye sistemlərinin idarə olunması
  • Aİİ (Avrasiya İqtisadiyyat İttifaqı) məkanında idarəetmə problemləri
  • İnklüziv peşə təhsili sistemləri

 İştirak formaları:

  • Əyani çıxış (plenar və bölmə üzrə)
  • Onlayn çıxış (Zoom platforması vasitəsilə)
  • Yalnız məqalə təqdimatı (qiyabi)

Diqqət: Şifrə yalnız qeydiyyatdan keçmiş iştirakçılara göndərilir. Zoom hesabında qeyd olunan ad və soyad qeydiyyat formasındakı məlumatlarla eyni olmalıdır.

İclasa qoşulmaq istəyən şəxslər 23 aprel saat 23:00-dək LİNK vasitəsilə qeydiyyatdan keçə bilərlər.

TOP XƏBƏRLƏR