A

AZƏRTAC

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk dünyası tarixində böyük Zəfərə imza atıldı.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ 30 illik erməni işğalından azad edildi. Biz Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) olaraq, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin reallaşdırılmasına, Qarabağın bərpasına töhfə vermək məqsədilə Qarabağda UNEC-in filialının açılmasını təklif edirik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNEC-in rektoru professor Ədalət Muradov söyləyib.

Rektor qeyd edib ki, hazırda UNEC-in Zaqatalada, eyni zamanda, Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir. Filialların yaradılması və idarəedilməsi ilə bağlı İqtisad Universitetinin zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır.

TOP XƏBƏRLƏR