UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb. Belə ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub.
“Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında yer alıb.
Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və QS Sustainability reytinqlərində də ölkə üzrə birinci olub.