UNEC Özbəkistanın Daşkənd şəhərində keçirilən 25-ci “Təhsil və Peşə 2024” Beynəlxalq sərgisində iştirak edib.
ABŞ, Birləşmiş Krallıq, Kanada, Cənubi Koreya, ÇXR, Avropa, Türkiyə və Azərbaycandan olan 50-dən çox ali təhsil müəssisəsi iştirak etdiyi sərgidə ölkəmizi UNEC və Azərbaycan Memarlıq və İnşaat Universiteti təmsil edib.
Sərgidə UNEC stendi ilə Türkiyənin və Azərvbaycanın Özbəkistandakı səfirlərinin müşavirləri, eləcə də digər ziyarətçilər tanış olublar. Stendi ziyarət edənlərə Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları Jalə Heydarova və Elgiz Camalzadə universitetin tədris proqramlar, qəbul şərtləri, beynəlxalq əlaqələri və s. barədə məlumat veriblər.
UNEC əməkdaşları Özbəkistana səfər çərçivəsində Azərbaycan Respublikasının Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində də olublar.