A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə, Biznes və menecment, Maliyyə və mühasibat, Mühəndislik, Rəqəmsal İqtisadiyyat, Türk Dünyası İqtisad Fakültələrində, Rus İqtisad Məktəbində (RİM), Dizayn Məktəbində, Qiyabi və Əlavə Təhsil Mərkəzində, SABAH Mərkəzində, 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. 

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Silsilə tədbirlərdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb.  Qeyd olunub ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olunub, vətəndaş müharibəsinin qarşısı alınıb.  Bildirilib ki, bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.

Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

TOP XƏBƏRLƏR