A

Dünyanın nüfuzlu “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (“QS Europe 2025”) reytinq nəticələrini elan edib.

Nəticələrə əsasən, UNEC ötən illə müqayisədə 68 pillə irəliləyərək, reytinqdə 281-ci yerə yüksəlib və ölkə birincisi olub. Qərbi Asiya universitetləri arasında isə UNEC 12-ci yerə yüksəlib.

UNEC “Akademik nüfuz” (Academic Reputation) indikatoruna görə ölkədə birincilik əldə edib, Avropanın isə ən yaxşı 162-ci universiteti olub.

Eyni zamanda “İşəgötürənlərin nüfuzu” indikatoru üzrə ölkədə lider olan UNEC, Avropanın 150 ən yaxşı universiteti sırasına yüksəlib.

UNEC-in reytinqdə ölkədə lider olduğu digər indikator isə “Dayanıqlılıq” (Sustainability) üzrədir.

“Məşğulluq nəticələri” (Employment Outcomes) üzrə də UNEC mövqeyini artıraraq, Avropanın ən yaxşı 200 universiteti sırasına yüksəlib.

Qeyd edək ki, QS Avropa Universitetləri reytinqində 42 ölkənin 684 ali təhsil müəssisəsi təmsil olunub.

TOP XƏBƏRLƏR