A

“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” 2024/2025 təqaüd proqramının nəticələri açıqlanıb.

Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin qatıldığı müsabiqədə qalib seçilən 110 tələbədən 45 nəfəri UNEC tələbəsi olub.

Tələbələrdən 29 nəfəri Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 12 nəfəri UNEC SABAH qruplarının, 2 nəfər Maliyyə və mühasibat fakültəsinin, 2 nəfər isə digər fakültələrin tələbələridir. 

Təqaüd qazanmış tələbələr “Əlaçı” təqaüd proqramı çərçivəsində bir il müddətində aylıq təqaüdlə təmin ediləcəklər. Təqaüddən əlavə, tələbələr üçün şəxsi və karyera inkişafı üzrə təlim proqramları, dərsdənkənar fəaliyyətlər, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri nəzərdə tutulub.

TOP XƏBƏRLƏR