A

Uğurları ilə hər zaman qürur duyduğumuz fəxri məzunlarımız UNEC-in 95 illik yubileyi münasibətilə videotəbriklər ünvanlayıblar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Azər Əmiraslanovun təbrikini təqdim edirik:

“95 illik yubiley münasibətilə doğma sevimli ali məktəbimizin kollektivini ürəkdən təbrik edirik. İqtisad Universitetində təhsil almaq, məzun olmaq şərəflidir, qürurvericidir.

...Fəxr edirik ki, bu gün doğma ali məktəbimiz rəqabətli təhsil mühitində uğurlu fəaliyyət göstərir, bütövlükdə iqtisadi biliklərin tədrisinə innovativ üsullarla yanaşır, yeniliklər tətbiq edir. Hesab edirik ki, dünən olduğu kimi, bu gün olduğu kimi, gələcəkdə də İqtisad Universiteti dövlət idarəetmə sisteminin, milli iqtisadiyyatımızın, korporativ və özəl sektorun iqtisadçı kadrlarla təminatında əhəmiyyətli rol oynayacaq.

Yubileyimiz mübarək olsun!”

DAHA ƏTRAFLI

TOP XƏBƏRLƏR