A

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev Azərbaycan Dövlət İqtisad Universitetini 95 illik yubiley münasibətilə təbrik edib

“Əziz UNEC ailəsi,

95 il – bir əsrə yaxın böyük tarixdir. Yüz minlərlə gəncə, tələbəyə həyat və karyera yolunda işıq olmaq, eləcə də ölkəmizin iqtisadiyyat, maliyyə sahələri üçün çoxsaylı peşəkar kadrların yetişdirilməsinə misilsiz töhfə verməkdir. Sözsüz ki, 95 illik tarixə malik bir universitetin məzunu olmaq isə hər bir məzun kimi mənim üçün də qürurvericidir.

Bu gün çalışdığım Bank of Baku adından doğma Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) 95 illik yubiley münasibətilə təbrik edir, ən səmimi arzularımı çatdırıram. İnsan kapitalını dəyərlərinin başında saxlayan bank olaraq gənclərimizə, eləcə də UNEC tələbələrinin inkişafına, onların bank sektorunda peşəkar karyera yolunda irəliləməsinə daima dəstəyik. Bank of Baku olaraq daima gənclərimizin yanındayıq!

Bir daha başda universitetin rektoru Ədalət Muradov olmaqla, bütün professor-müəllim heyətini, tələbələri və məzunları səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, UNEC öz missiyasını hələ uzun illər uğurla davam etdirəcək, yeni nailiyyətlərə imza atacaq”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay