A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-in 95 illik yubileyi münasibətilə universitetin müəllim-tələbə heyətini, əməkdaşları və məzunları təbrik edib.

“Əziz UNEC ailəsi – dəyərli müəllimlərimiz, fədakar əməkdaşlarımız, yaradıcı tələbələrimiz və qürur mənbəyimiz olan məzunlarımız!

Bu gün hamımız üçün çox dəyərli olan UNEC-in 95 illik yubileyidir! Sizi bu münasibətlə ürəkdən təbrik edirəm!

UNEC-in 95 ili – yalnız bir təhsil müəssisəsinin tarixi deyil, həm də bütöv bir xalqın inkişafına, elminə, iqtisadiyyatına və dövlətçiliyinə verdiyi töhfələrin tarixidir.

95 yaşlı UNEC – yenə gənc, yenə enerjili, yenə iddialıdır! Qarşımızda yeni hədəflər, çoxlu uğurlar və işıqlı bir gələcək dayanır. Bu böyük yolda hər birinizi UNEC-in uğurlarında iştirak etməyə, bu dəyərləri qorumağa çağırıram. Sizə sağlamlıq, uğur, birlik arzulayıram. Bu yubileyi günündə sizə rifah, sağlamlıq və sevinc dolu illər arzu edirəm. Qoy bu böyük ailə hər zaman birlikdə, eyni məqsəd uğrunda çiyin-çiyinə irəliləsin və UNEC adı daim zirvələrdə çəkilsin! Birlikdə bizi gözləyən 100 illik zirvəyə! Birlikdə Prezident İlham Əliyevin bizdən gözlədiyi dünya səviyyəli UNEC-ə doğru!

95 yaşın mübarək, UNEC!

Hər şey daha da yaxşı olacaq!”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay