A

UNEC qlobal standartlara uyğun təhsil sahəsində mövqeyini yenidən gücləndirib. 

Belə ki, Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) “Mühasibat” ixtisası üzrə 5 il müddətinə (2025-2029) Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA təşkilatında yenidən akkreditasiya olunub.

ACCA akkreditasiyasının əldə edilməsi nəticəsində ISE-də “Mühasibat” ixtisası üzrə təhsil alan tələbələr ACCA kvalifikasiyası üzrə Business and Technology (BT), Management Accounting (MA), Financial Accounting (FA), Corporate and Business Law (LW) və əlavə olaraq, ilk dəfə Audit and Assurance (AA) fənlərdən azad olunurlar.

TOP XƏBƏRLƏR