UNEC-də əlilliyi olan gənclərin cəmiyyətə adaptasiya edilməsinə dair maarifləndirici seminar keçirilib və eyniadlı layihənin təqdimatı olub. Tədbir UNEC Əlilliyi olan tələbələr üçün Mərkəzlə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Müharibə Veteranları Qadınlara Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.Koordinator, gənc yazar, Qabil Şirinov bildirib ki, layihənin əsas məqsədi fiziki məhdud gənclərimizin cəmiyyətə adaptasiyası, xüsusi istedada malik olanların aşkar edilməsi, onlarda həyat sevgisinin daha da artırılmasıdır.UNEC-in Əlilliyi olan tələbələr üçün Mərkəzin koordinatoru Sevinc Məhsimova universitetdə bu kateqoriayadan olan gənclərə xüsusi diqqətin olduğunu bildirərək, onların cəmiyyətə adaptasiyası sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən, inklüziv təhsilə göstərilən diqqətdən, bu məqsədlə mərkəz tərəfindən görülən tədbirlərdən danışıb.Tədbirdə UNEC Əlilliyi olan tələbələr üçün Mərkəzlə Marketinq və Kommunikasiya Departamentinin birgə reallaşdıracağı “Əlilliyi olan şəxslər üçün hərəkət marşurutu” layihəsinin müzakirəsi keçirilib. Layihə tədbir iştirakçıları tərəfindən müsbət dəyərləndirilib. Sonda UNEC tələbələri layihədə fəal işitirakına görə diplomla təltif edilib.