A

UNEC-də rektor, professor Ədalət Muradovun iştirakı ilə qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş məktəblərdə professor-müəllim heyətimiz tərəfindən yuxarı sinif şagirdləri ilə keçirilmiş görüşlərin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.

İclası giriş sözü ilə açan rektor professor Ə.Muradov UNEC-ə ən bilikli, ən istedadlı abituriyentlərin cəlb edilməsi məramı ilə həyata keçirilən məlumatlandırma işinin aktivləşdirilməsinin zəruriliyini qeyd etdi.

Rektor bu tədris ilində qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məktəblərdə məlumatlandırma işinin daha yüksək səviyyədə keçirildiyini bildirdi. İndiyə qədər həyata keçirilmiş tədbirlərin artıq nəticə verdiyinin bariz nümunəsi, qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin UNEC-i seçməsidir. Bu göstəricinin ildən ilə daha da artması, II ixtisas qrupu üzrə 24 Prezident təqaüdçüsündən 18-nin ali təhsil almaq üçün UNEC-i seçməsi İqtisad Universitetində həyata keçirilən işlərin yüksək nəticə verdiyinin növbəti sübutudur.

Səfərlərdə iştirak etmiş professor-müəllim heyətimiz hər il olduğu kimi bu il də Bakı və regionlarda yerləşən məktəblərdə nümayəndələrimizin yüksək səviyyədə qarşılandığını, yuxarı sinif şagirdlərinin UNEC-in üstünlükləri barədə məlumatlandırılması təmin edilib. Görüşlər zamanı qeyd edilib ki, UNEC-in məqsədi yüksək ixtisas biliklərinə sahib kadrların hazırlanmasıdır.

UNEC brendinin yalnız ölkə məktəblərində deyil, həmçinin, ölkə xaricində iqtisadi təhsil sahəsində aparıcı ali məktəb kimi tanınmasını müsbət hal kimi qiymətləndirən tədbir iştirakçıları məlumatlandırma işinin aktivləşdirilməsinin zəruriliyini vurğuladılar. Xüsusilə MDB və qonşu ölkələrdə UNEC-ə qarşı böyük marağın olduğunu vurğulayan iclas iştirakçıları, tələbələrə təqdim etdiyimiz ali təhsil xidmətlərinin keyfiyyətinin daha da artırılması istiqamətində təqdirəlayiq işin getdiyini bildirdilər. Daha çox əcnəbi tələbələrin UNEC-ə cəlb edilməsi məqsədi ilə tədbirlər planının həyata keçirilməsi bu sahədə aparılan işi sürətləndirəcəyi vurğulandı. 

TOP XƏBƏRLƏR